“Media ombudsmanı funksiyasını tam yerinə yetirə bilmirəm”

“Media ombudsmanı tam funksiyasını yerinə yetirə bilmir. İnformasiya ombudsmanının fəaliyyət göstərməsi ilə bağlı onun özü, həm də jurnalistlər tələsirlər”. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova deyib.

“Media ombudsmanı bizdə “İnformisiya əldə etmək” haqqında qanuna müvəkkilin nəzarətidir. Əlbəttə ki, ən çox məlumat axtaran da jurnalistlərdir, amma Konstitusiyaya görə hər bir şəxs bunun üçün müraciət edə bilər. Və hazırda biz hansı bir müraciət alırıqsa, ya jurnalist ya adi bir vətəndaş müraciət edirsə və bildirirsə ki, hansısa bir yerə müəyyən məsələ ilə bağlı getdim, amma mənə cavab vermədilər, biz dərhal çalışırıq ki, tam dolğun və vaxtında ona cavab verilsin. Amma informasiya ombudsmanı tam funksiyasını yerinə yetirə bilmir, bunun da bəlli səbəbləri var. Bilirsiniz ki, açıq hökumətin təşviqi ilə bağlı 2012-2015-ci illərdə xüsusi bir bənd göstərilib ki, ombudsmanın strukturuna baxılsın. Çünki artıq bir çox məsələlərlə bağlı məsələn, milli preventiv mexanizmlə bağlı artıq tarazlaşdırmışıq. İndi biz gözləyirik ki, 2013-cü ildə bu qərar qəbul ediləcək. Dərhal biz bunu tam gücümüzlə təşkil edəcəyik. O zaman əlbəttə jurnalistlər də, professional şəxslər də dəvət olunacaq. Bəs bu necə qurulacaq? İndidən biz jurnalistlərlə, dövlət qurumları ilə işləyirik. Onlar bu qanunu bilsinlər. Və hələ ki, bu məsləhətləşmələr səviyyəsindədir. Həmçinin hamı bunu dəstəkləyir, hamı istəyir ki, mümkün qədər tez və tam qüvvəsi ilə media ombudsmanı fəaliyyətə başlasın. Amma indi bizim informasiya şöbəmizdə əzəldən olduğu kimi cəmi 3 nəfər işləyir. Onlar da elə gündəlik işlərimizlə məşğuldur. Biz hər gün 2-3 press reliz yayırıq, onlar gündəlik işin öhdəsindən gəlirlər. Ümidliyəm ki, bu ilin sonuna kimi bu məsələ öz həllini tapacaq”-deyə, Ombudsman qeyd edib.

Prezidenti seçkiləri ilə bağlı ombudsmana şikayət daxil olub-olmaması ilə bağlı suala cavab verən E.Süleymona bildirib ki, quruma bununla bağlı heç bir şikayət daxil olmayıb: “Hələki şikayət daxil olmayıb. Və şikayət daxil olanda biz bunu mətbuata da bildiririk. Çünki siz bilirsiniz ki, bizim təsisatımızdan gündə ən azı 2-3 press reliz mətbuata yayımlanır. Harda kimi gördük, nə dedi, nə xahiş elədi. Ona görə də belə bir aktual məsələ olsa , mütləq jurnalistlərə bildirəcəyik”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO