Malayziya vətəndaşları Azərbaycana vizasız gələ biləcək

Malayziya Azərbaycanla vətəndaşları üçün viza rejiminin ləğvi haqqında danışıqlar aparır. Malayziya KİV-nə istinadən Trend məlumat verir ki, bu sözləri Malayziyanın Azərbaycandakı səfiri Datuk Ruslan Abdul Rahman bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında bu barədə razılıq gələn ilin əvvəlinə kimi əldə oluna bilər.

Diplomat qeyd edib ki, Azərbaycan vətəndaşları Malayziyada vizasız 30 gün ərzində qala bilərlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO