Mətbuat Şurasında “Şərqi-Rus ” qəzetinin 110 illik yubileyi keçiriləcək

Azərbaycan Mətbuat Şurasında “Şərqi-Rus” qəzetinin 110 illik yubileyi qeyd olunacaq.

Şuradan SalamNews-a verilən məlumata görə, sabah keçiriləcək tədbirdə milli mətbu irsimizin araşdırılmasında xidmətləri olan mütəxəssislər, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ali məktəblərin jurnalistika fakültələrinin müəllimləri və tələbələri iştirak edəcək.

“Şərqi-Rus”un ilk sayı 1903-cü il martın 30-da işıq üzü görüb. Azərbaycanda ictimai fikrin inkişafı tarixində mühüm yer tutan bu mətbu nəşr XX əsrdə çapdan çıxşmış ilk ana dilli milli qəzetimizdir. Əvvəllər həftədə üç dəfə, 1904-cü il iyunun 8-dən isə gündəlik yayımlanan qəzetin təsisçisi və baş redaktoru dövrünün görkəmli ictimai-siyasi xadimi Məhəmməd ağa Şahtaxtlı olub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO