Mətbuat Şurasına 7 yeni üzv qəbul olunub

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclasında yeni üzvlərin qəbulu məsələsinə baxılıb.

AMŞ-də SalamNews-a verilən məlumata görə, iclasda müzakirələrdən sonra «Day.az», «Lent.az», «vesti.az», «publika.az», «milli.az», «Gündəlik teleqraf» qəzeti və Azərfoto Agentliyi Şura sıralarına daxil edilib.

Toplantıda bildirilib ki, son zamanlar MŞ-yə üzv olmaq istəyən onlayn media vasitələrinin sayı artıb. Belə istəklərin mövcudluğu ümumən onların ciddi informasiya resursu kimi dünyanın qabaqcıl təcrübəsinə əsaslanmış özünütənzimləmə prinsiplərinə söykəndiklərini söyləməyə əsas verir. Bu, eyni zamanda onların həqiqi ictimai missiya daşıdıqlarının, cəmiyyət qarşısındakı məsuliyyətlərini dərk etdiklərinin, jurnalistika dəyərlərinə sadiqliklərinin, fəaliyyətləri ilə ictimai mənafeləri təmin etmək niyyətində olduqlarının sübutudur. Mətbuat Şurası işində bu məramları rəhbər tutan hər bir onlayan media vasitəsini öz sıralarına daxil etməkdə maraqlıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO