Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası keçirilib.

MŞ-dən SalamNews-a bildirilib ki, şikayətlər üzrə komissiyanın rəyləri və «Reket jurnalistika»ya qarşı mübarizə komissiyasının təqdimatı əsasında qərarlar çıxarılıb. «Aqrolizinq» ASC-nin və «Azərenerji» ASC-nin «Yeni Cümhuriyyət» qəzetində gedən materiallarla bağlı şikayətləri əsasında sözügedən nəşrə Mətbuat Şurasının xəbərdarlığının elan edilməsi məqsədəuyğun sayılıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin «Azadlıq» qəzeti ilə bağlı müraciətində cavabdeh tərəfin etik prinsipləri pozduğu müəyyənləşdirilib.

İclasda həmçinin «İqtisadiyyat və kölgə» və «Kölgəli iqtisadiyyat və korrupsiya» qəzetlərinin MŞ-nin «qara siyahı»sına salınması qərara alınıb.

Daha sonra MŞ sıralarına qəbul keçirilib. Müzakirələrin gedişində o da bildirilib ki, üzvlüyə qəbul olunan xəbər saytlarının hüquqi statusu ilə bağlı məsələlərə diqqət yetirilməlidir. Gündəlikdə duran növbəti məsələ Azərbaycan Mətbuat Şurasının «apellyasiya qrupu»nun təqdimatı əsasında MŞ-nin qərarlarının çıxarılması olub.

MŞ-nin iclasında həmçinin ali məktəblərin jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının tətbiqi ilə bağlı məsələ müzakirə olunub. Mövcud istiqamətdə MŞ-nin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə apardığı işlərə nəzər salınıb və müsbət qiymətləndirilib.

– See more at: http://salamnews.org/az/news/read/120470#sthash.sjXrnNjA.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO