“Məcburi köçkün gənclərin əmək bazarına çıxışının artırılması, onların sosial vəziyyətinin yaxşılaşdırılması” layihəsi

“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi 15.04.2015-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məcburi köçkün gənclərin əmək bazarına çıxışının artırılması, onların sosial vəziyyətinin yaxşılaşdırılması” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi məcburi köçkün gənclərin uğurlu karyera qurmalarına və məşğulluqlarının artırılmasına kömək etməkdən ibarətdir. 3 ay davam edəcək layihə çərçivəsində məcburi köçkün gənclərin təhsil aldığı 10 məktəbdə təlimlər keçiriləcəkdir. Təlimlər zamanı Özünü Tanıma (Özünü Dərk etmə), Özünüzü kəşf edin, Fərdi İnkişaf, Hədəfi müəyyənləşdirmək, Peşələri Tanıma, Peşə Seçiminə Təsir edən Amillər, Gələcəyin peşələri, Səmərəli işaxtarma mexanizmləri, CV necə yazılmalı kimi mövzulara toxunulacaqdır.

Mətbuat Xidməti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO