Ölkəmizdə kitabxana işi müasir səviyyədə təşkil edilir

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizdə kitabxana işinin təşkili sahəsində mühüm işlər görülür. Nazirliyin kütləvi kitabxanalar şəbəkəsinə 164 müstəqil kitabxana və 4200-dən artıq kitabxana filialı daxildir.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, hazırda respublikanın kitabxana fondlarında 35 milyon nüsxədən çox kitab, jurnal, qəzet və digər informasiya daşıyıcıları mühafizə olunur.
Azərbaycanın kitabxana tarixində ilk dəfə olaraq qədim və nadir nəşrlərin reyestri hazırlanmışdır. Dövlət reyestrinə 3482 adda müxtəlif formada olan kitab abidəsi daxil edilmişdir. Bu nadir nəşrlər haqqında məlumatların gələcək nəsillərə, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Azərbaycanın kitab abidələri”nin DVD-si hazırlanmışdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO