Lənkəranda media nümayəndələri uçun təlim keçirilib

ABŞ-ın Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının (İREX) Azərbaycan nümayəndəliyi Lənkəran şəhərində media təmsilçiləri uçun təlim keçirib.

SalamNews xəbər verir ki, təlimə rayonda fəaliyyət göstərən jurnalistlər, televiziya operatorları və gənclər cəlb olunublar. Tədbirdə çıxış edən beynəlxalq təlimçi Dan Meysn bildirib ki, məqsəd media nümayəndələrinə hadisə yerindən hər hansı bir cihaz vasitəsilə fotoşəkili çəkərək dərhal göndərmək və bu sahədəki müasir texnologiyaların sirlərini öyrətməkdir.

Qeyd olunub ki, bu gün bütün bu xidmətləri müasir mobil telefonlar vasitəsi ilə də həyata keçirmək mümkündür.

Dan Meysn təlim iştirakçılarına yaxşı şəkil çəkmək uçun obyektin düzgün seçilməsi, foto effektlərindən istifadə qaydaları və digər məsələlərlə bağlı məsləhətlər verib.

– See more at: http://salamnews.org/az/news/read/121980#sthash.XEGiOhjk.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO