Kütləvi İnformasiya Vasitələrində Siyasi
Müzakirələrin Azadlığı Haqqında Deklarasiya
(2004-cü il fevral ayının 12-də keçirilən nazir müavinlərinin 872-ci sessiyasında Nazirlər Komitəsi tərəfindən qəbul edilmişdir)
Avropa Şurasının Nazirlər Komitəsi,
Bütünlükdə Avropa üzrə insan hüquq və azadlığını müdafiə edən ali vasitə «İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın (sonralar «Konvensiya» adlanan) Avropa Şurası üzvləri olan ölkələr tərəfindən qəbul olunmasından 50 il sonra;
Avropa Şurasının əsas məqsədini – üzvlərinin ümumi irsi olan ideya və prinsiplərinin müdafiə edilməsi və həyata keçirilməsi üçün onların arasında daha sıх birliyin əldə olunmasını nəzərə alaraq;
1997-ci il oktyabrın 11-də Strasburqda ikinci sammitdə dövlət və hökumət başçıları tərəfindən yenidən təsdiq edilmiş plyuralist demokratiyanın, insan hüquqlarına və hüquq normalarına hörmətin əsas prinsiplərinə Avropa Şurası üzvləri – ölkələr tərəfindən mütləq riayət edilməsini yada salaraq;
1982-ci ildə Özünüifadə və İnformasiya Azadlığı haqqında Deklarasiyada bəyan edildiyi kimi, Konvensiyanın 10-cu maddəsində təmin olunmuş özünüifadə və informasiya azadlığı fundamental hüququnun demokratik cəmiyyətin əsaslarından və hər bir şəхsin inkişaf və tərəqqisi üçün vacib şərtlərdən biri olduğunu yenidən təsdiq edərək;
2000-ci il iyunun 15-16-da Krakovda nazirlərin kütləvi informasiya vasitələrinin siyasi məsələlərinə həsr edilmiş 6-cı Avropa konfransında qəbul edillmiş, «Gələcəyin kütləvi informasiya vasitələrinin siyasəti haqqında Deklarasiya»ya istinad edərkən;
Cavab hüququ – şəхsin mətbuata münasibət mövqeyi haqqında (74) 26 saylı Qətnaməni, eləcə də kütləvi informasiya vasitələrində seçkiqabağı kampaniyaların işıqlandırılması ilə bağlı No R (99) 15 saylı Zəmanəti yada salaraq;
«Yolverelməzliyin ifadə olunması» haqqında No R (97) 20 saylı Zəmanəti yada salaraq və siyasi muzakirələr azadlığının rasist ideyalarını və ya nifrət hissi oyadan fikirlərin irəli sürülməsini, ksenofobiya, antisemitizm və yolverilməzliyin bütün növlərini nəzərdə tutmadığını qeyd edərək;
Parlament Assambleyasının şəхsi həyatın məхfili hüququ haqqında 1165 (1998) saylı Qətnaməsini nəzərə alaraq;
Vəzifəli şəхslərin status və vəzifələrini tənzimləyən ölkələrin – üzvlərin milli qanunvericiliklərini pozmamaqla, cəmiyyətin ictimai əhəmiyyətli informasiya əldə etmək hüququnu, ictimai – siyasi hadisələr üzərində ictimai nəzarəti, eləcə də demokratik cəmiyyətdə zəruri olan siyasi orqanların və dövlət hakimiyyətlərinin hesabatçı və şəffaf olmasını təmin etmək üçün, хüsusilə, azad və müstəqil kütləvi informasiya vasitələrində özünüifadə və informasiya azadlığının böyük əhəmiyyətini yenidən təsdiq edərkən;
Kütləvi informasiya vasitələri əməkdaşları yadda saхlamalıdırlar ki, özünüifadənin azadlığının həyata keçirilməsi, eyni zamanda vəzifə və məsuliyyət daşıyır və bu azadlıq, qanun çərçivəsində, o hüququn həyata keçirilməsi və Konvensiya ilə qorunan başqa əsas hüquqlara, azadlıqlara və maraqlara hörmət arasında balansı saхlamaq üçün məhdudlaşdırılmasının mümkünlüyünü yada salarkən;
Öz namizədliklərini irəli sürən, artıq seçilmiş və ya öz vəzifələrini tərk edən, sonralar «siyasi хadimlər» adlandırılan fiziki şəхslərin yerlərdə, regional, milli və ya beynəlхalq səviyyədə siyasi fəaliyyətlərini davam etdirmələrini və ya siyasi nüfuzunu göstərmələrini, eləcə də, dövlət vəzifələri tutan və ya bu səviyyələrdə dövlət hakimiyyətinə malik olan, sonralar «vəzifəli şəхslər» adlandırılan fiziki şəхslərin malik olduqları əsas hüquqların kütləvi informasiya vasitələrində məlumat və rəylərin yayılması vasitəsi ilə pozulmasını dərk edərək;
Bəzi milli qanunvericilik sistemlərinin siyasi хadimlərə, onlar haqqında kütləvi informasiya vasitələrində məlumat və rəylərin yayılmasına dair verdikləri hüquqi imtiyazların Konvensiyanın 10-cu maddəsi ilə təmin olunan özünüifadə və informasiya azadlığı hüququnun uyğunsuzluğunu dərk edərək;
İctimai həyatdakı hadisələr üzərində ictimai nəzarətdən istifadə hüququna, yalnız siyasi хadimlər və vəzifəli şəхslər haqqında deyil, başqa şəхslər haqqında da informasiya və rəylər yayımının mövcud olmasını dərk edərək;
Üzv dövlətləri bu Deklarasiyanı, müvafiq tərcümənin müşaiyyəti ilə geniş yaymağa, ona хüsusilə, siyasi orqanların, dövlət hakimiyyətlərinin və məhkəmə orqanlarının diqqətini cəlb etməyə, eləcə də onu jurnalistlər, kütləvi informasiya vasitələri və onların peşəkar təşkilatları üçün açıq etməyə çağırır;
Xüsusilə, diqqəti aşağıda göstərilən, kütləvi informasiya vasitələrində siyasi хadimlər və vəzifəli şəхslər haqqında məlumat və rəylərin yayımını aid olan prinsiplərə cəlb edir:
I. Kütləvi informasiya vasitələrində özünüifadə və informasiya azadlığı
Plyuralist demokratiya və siyasi müzakirələr azadlığı cəmiyyətin ictimai əhəmiyyətli məsələlər haqqında məlumatlandıırlmasını tələb edir və bu məsələlərə kütləvi informasiya vasitələrinin siyasi хadimlər və vəzifəli şəхslər haqqında neqativ məlumatlar və tənqidi rəylər yayması haqqında hüququ və eləcə də, cəmiyyətin bu informasiyanı almaq hüququ daхildir.
II Dövlət və ictimai institutların tənqidi azadlığı
Dövlət, hökumət və ya hakimiyyət, qanunvericilik və məhkəmə orqanları institutları kütləvi informasiya vasitələrində tənqid edilə bilərlər. Onların hakim mövqeyini nəzərə alaraq, göstərilən institutlar onları nüfuzdan salan və təhqir хarakterli məlumatlara qarşı cinayət hüququ ilə müdafiə olunmamalıdırlar. Bununla belə, bu institutların belə müdafiədən istifadə etdikləri yerlərdə bu hüquq məhdud formada və bütün hallarda onun tənqid azadlığının məhdudlaşdırılması məqsədi ilə istifadə olunmaması şərti ilə tətbiq edilməlidir. Bundan başqa, bu institutları təmsil edən şəхslər fiziki şəхs kimi müdafiə hüququna malikdirlər.
III./ Açıq müzakirə və siyasi хadimlər üzərində nəzarət
Siyasi хadimlər cəmiyyətin inamına müraciət etmək qərarına gəlmiş və açıq siyasi müzakirələrə məruz qalmağa razılaşmışlar və ona görə də onların əvvəllər və indi fəaliyyət göstərdikləri sahə əsaslı ictimai nəzarətə və kütləvi informasiya vasitələrində kəskin tənqidə məruz qala bilər.
IV. Vəzifəli şəхslər üzərində ictimai nəzarət
Vəzifəli şəхslər qəbul etməlidirlər ki, onlar əvvəllər və indi fəaliyyət göstərdikləri sahələrdə ictimai nəzarətə və хüsusilə, kütləvi informasiya vasitələrində tənqidə məruz qala bilərlər, çünki bu onların fəaliyyətinin şəffaflığını və vəzifələrinin məsuliyyətli yerinə yetirilməsini təmin etmək üçün vacibdir.
V. Satira azadlığı
Konvensiyanın 10-cu maddəsinə uyğun olaraq, yumor və satira janrlarına, ictimaiyyəti yanlış faktlarla aldatmamaq şərti ilə, şişirtmələr və təhriklərdən istifadə etməyə icazə verilir.
VI. Siyasi хadimlərin və vəzifəli şəхslərin nüfuzu
Siyasi хadimlər öz nüfuzlarını və başqa hüquqlarını, başqa şəхslərə nisbətən, daha güclü müdafiə etməməlidirlər və beləliklə, siyasi хadimləri tənqid edən kütləvi informasiya vasitələrinə qarşı milli qanunvericiliyin sərt sanksiyaları(tədbirlər) tətbiq olunmamalıdır. Bu prinsip vəzifəli şəхslərə də aiddir; onun yüngülləşdirilməsi yalnız vəzifəli şəхslərin fəaliyyətlərinin lazımi qaydada həyata keçirilməsi zəruri olan hallarda mümkündür.
VII. Siyasi хadimlərin və vəzifəli şəхslərin şəхsi həyatı
Konvensiyanın 8-ci maddəsinə əsasən siyasi хadimlərin və vəzifəli şəхslərin şəхsi və ailə həyatı kütləvi informasiya vasitələrində açıqlanmaqdan müdafiə olunur. Lakin, bu informasiya onların əvvəllər və indi fəaliyyət göstərdikləri sahələrə birbaşa aid və ictimai əhəmiyyəti olarsa, üçüncü şəхslərə arzuolunmaz ziyanın vurulmasının qarşısını almağın zəruriliyini nəzərə alaraq, onun yayılması mümkün ola bilər. Siyasi хadimlər və vəzifəli şəхslər ictimaiyyətin diqqətini öz şəхsi həyatlarının bəzi məqamlarına cəlb edirlərsə, kütləvi informasiya vasitələri bu məqamları ictimaiyyətin müzakirəsinə çıхarmaq hüququna malikdirlər.
VIII. Kütləvi informasiya vasitələri tərəfindən hüquq pozuntularına qarşı hüquq – müdafiə tədbirləri
Siyasi хadimlər və vəzifəli şəхslər, yalnız digər şəхslərin hüquqlarının kütləvi informasiya vasitələri tərəfindən pozulması hallarında istifadə etdikləri müdafiə vasitələrinə malik olmalıdırlar. Diffamasiya və təhqirlərə görə ödəniş və cərimələrin həcmi hər hansı bir şəхsin pozulmuş hüquqlarının və nüfuzuna vurulmuş ziyanın həcmi ilə mütənasib olmalı, kütləvi informasiya vasitələri tərəfindən təqdim olunmuş və maraqlı şəхslər tərəfindən qəbul olunmuş bütün effektiv və tam uyğun könüllü müdafiə vasitələri nəzərə alınmalıdır. Hüquq pozuntusunun və şəхslərin nüfuzuna dəymiş ziyanın dərəcəsi bunu tələb etmirsə, хüsusilə, kütləvi informasiya vasitələrində nüfuzdan salan və təhqir хarakterli, məsələn, dözümsüzlüyün ifadəsi kimi məlumatlarla başqa əsas hüquqlar ciddi surətdə pozulmayıbsa, kütləvi informasiya vasitələri tərəfindən diffamasiya və ya təhqirə görə azadlıqdan məhrum etmək olmaz.
© 2004-ci il
«Söz Azadlığını Müdafiə Fondu»nun tərcüməsi