“Korrupsiya və Qanun ” qəzetinin əməkdaşları yol polislərini hədələyiblər

Daxili İşlər Nazirliyi yol polisi əməkdaşlarının hədələndiyi barədə məlumat yayıb. Məlumata görə, fevralın 16-da saat 09.50 radələrində, Bakı-Qazax yolunun 267-ci km-də, Bakı şəhər sakini Rövşən Qafarov “Saipa” markalı avtomaşını idarə edərkən, yol-hərəkəti qaydalarını pozduğuna görə Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb . Bu zaman avtomaşında olan sərnişinlər Xuraman Quliyeva, Ayaz Əmirov və Təbriz Dəmirov özlərini “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru, redaktor müavini və müxbiri kimi təqdim edərək, kamera vasitəsilə polis əməkdaşlarını çəkib, onları işdən azad etdirəcəkləri ilə hədələyiblər. Faktla əlaqədar prokurorluq tərəfindən araşdırmalar aparılır.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO