“Konnekt ” şirkəti “BAHAR kampaniyası “na start verib

Ölkənin ən qabaqcıl TV və İnternet (ADSL, Fiber optik) xidmətləri provayderi olan “Konnekt” şirkəti “BAHAR kampaniyası”na başlayıb.

Şirkətdən SalamNews-a verilən məlumata görə, kampaniyanın şərtləri TV xidmətinə yeni qoşulan abonentlər üçün, kampaniya müddətində “Connect” TV xidmətinə yeni qoşulan abunəçilər üçün 54 AZN dəyərində 2 aylıq 159 telekanal açıq yayımda olacaq.

Mövcud TV abonentləri üçün, 3 aylıq abunə haqqını 1 gün ərzində ödəyən 75 telekanal paketlərinin abonentləri üçün 1-ci ay 118 telekanal açıq yayımda olacaq, 2-ci aydan isə tarif planlarına uyğun telekanallar açıq yayımda olacaq.

Belə ki, 3 aylıq abunə haqqını 1 gün ərzində ödəyən 118 telekanal paketlərinin abonentləri üçün 1-ci ay 159 telekanal açıq yayımda olacaq, 2-ci aydan isə tarif planlarına uyğun telekanallar açıq yayımda olacaq.

Bundan əlavə, 3 aylıq abunə haqqını 1 gün ərzində ödəyən 159 telekanal paketlərinin abonentləri üçün, 15 gün pulsuz yayım hədiyyə olunur, xidmət haqqı 16-cı gündən tutulmağa başlayacaq.

İnternet abonentləri 2 aylıq xidmət haqqını 1 gün ərzində ödədikdə istifadə etdiyi internetin sürəti 1 ay 1 mqb/s artırılır. (1 mqb/s əvəzinə 2 mqb/s, 2 mqb/s əvəzinə 3 mqb/s və s. istifadə edir).Kampaniyanın müddəti martın 5-dən aprelin 5-dək davam edəcək.

Xatırladaq ki, “CONNECT” TV – Bakı, Sumqayıt şəhərlərində və ümumilikdə Abşeron yarımadasında yayımlanan Azərbaycan, Türkiyə, Rusiya və dünyanın ən baxımlı telekanallarından ibarət Rəqəmsal efir-kabel televiziyasıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO