KİVDF jurnalistlər üçün müsabiqə elan edib

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurası Novruz bayramı münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

KİVDF-dən SalamNews-a verilən məlumata görə, müsabiqə KİV-ə Dövlət Dəstəyi Konsepsiyası çərçivəsində 15 istiqamət üzrə keçiriləcək.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər:

1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

2. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalıdır.

3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılmağı:

Hər istiqamət üzrə altı qalib müəyyən edilir.

I yer üçün bir nəfər (500 AZN)

II yer üçün iki nəfər (400 AZN)

III yer üçün üç nəfər (300 AZN)

Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur.

– See more at: http://salamnews.org/az/news/read/160891#sthash.carsUPUC.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO