KİV nümayəndələri arasında keçirilən müsabiqəyə yekun vurulub

KİV nümayəndələri arasında keçirilən müsabiqəyə yekun vurulubAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Azərbaycanın içməli su təchizatı sektorunun inkişafında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda kütləvi informasiya vasitələri nümayəndələri arasında keçirilən müsabiqəyə yekun vurulub. “Azərsu” ASC-də müsabiqənin yekunları və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Səhmdar Cəmiyyətin Tədbirlər Planı çərçivəsində təşkil olunan müsabiqədə mətbuat nümayəndələrinin yüksək fəallıq nümayiş etdirdiyini bildirib.

“Azərsu” mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, münsiflər heyəti adından çıxış edən Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə müsabiqəyə təqdim olunan məqalələrin hazırlanmasına jurnalistlər tərəfindən peşəkar yanaşıldığını bildirib. V.Rəhimzadə müsabiqənin keçirilməsinə göstərilən dəstəyə və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlığa görə “Azərsu” ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra münsiflər heyətinin qərarı əsasında müsabiqənin nəticələri açıqlanıb, qaliblər pul mükafatı və “Azərsu” ASC-nin diplomları ilə təltif olunublar.

– See more at: http://az.salamnews.org/az/news/read/73524/kiv-nuumlmayendeleri-arasinda-keccedilirilen-muumlsabiqeye-yekun-vurulub/#sthash.CzS9lVd3.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO