“Kitab xəstələri” üçün yeni internet ünvan

“Kitab xəstələri” üçün yeni internet ünvanBakıda yeni kitab layihəsi başlayıb. Layihənin rəhbərlərindən olan Kamran Su Modern.az-a açıqlamasında bildirib ki, artıq kitabsevərlər internet üzərindən oxumaq istədikləri bir çox kitabları ucuz qiymətə alıb oxuya biləcəklər: “Bunun üçün biz “Bookowski”ni yaratdıq. Məqsədimiz də o oldu ki, Azərbaycan gəncləri daha çox kitab oxusunlar. Xüsusilə də gənclərin zövqləri və baxış aşıları bir qədər fərqli olduğuna görə onların oxumaq istədikləri kitabları tapmaq bir qədər çətin başa gəlir. Amma “Bookowski” kitab klubunda belə bir çətinliklə qarşılaşmayacaqlar”.
Layihə rəhbəri qeyd edib ki, “Bookowski” kitab evi sizə Türkiyədən daha ucuz qiymətə kitabların gətirilməsində yardımçı olacaq: “Eyni zamanda Azərbaycan nəşriyyatlarındakı kitabları və ikinci əl kitabları ucuz qiymətə oxuculara təqdim edəcəyik. Hazırda mağazanın açılışı ilə məşğuluq, amma kitab sevərlər internet üzərindən (https://www.facebook.com/pages/Bookowski/454710137949667) əlaqə saxlayıb istədikləri kitabı ala bilərlər”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO