Jurnalistlər üçün tikilən binada son tamamlanma işləri gedir

Bakıda jurnalistlər üçün tikilən binada son tamamlanma işləri aparılır. “OLAYLAR”ın məlumatına görə, bu barədə Prezident yanında Kütləvi İnfornmasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli açıqlama verilib. Fond sədri bildirib ki, artıq jurnalistlər üçün inşa olunan binanın tikintisi başa çatıb: “Hazırda binanın daxilində tamamlanma işləri aparılır. Fevral ayında mənzillərin verilməsi ilə bağlı kriteriyalar müəyyən ediləcək və sənədlərin qəbuluna başlanacaq”. Vüqar Səfərli bildirib ki, hələlik kriteriyalar müəyyən edilməyib. Kriteriyalarla bağlı müzakirələr aparılacaq və sonra müvafiq qərar qəbul ediləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO