Jurnalistlər üçün keçirilən müsabiqəsinin qalibləri bəlli oldu

Heydər Əliyev Mərkəziniin mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi münasibətilə müəllimlər, jurnalistlər, gənclər, rejissorlar, əcnəbi fotoqraflar arasında elan etdiyi müsabiqənin mükafatlandırma mərasimi keçirilib.

Modern.az-ın məlumatına görə, mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin icraçı direktoru Anar Ələkbərov Mərkəzin fəaliyyəti barədə danışıb. O bildirib ki, Heydər Əliyev Mərkəzi fəaliyyətə başladığı gündən bir sıra layihələr həyata keçirib. Anar Ələkbərov müsabiqənin qaliblərini təbrik edib və uğurlar arzulayıb. Mərasimdə bildirilib ki, nəticələri elan olunan müsabiqələrdən əlavə, əsgərlər arasında keçirilmiş müsabiqənin nəticələri 26 iyun – Silahlı Qüvvələr Günü ərəfəsində – iyunun 24-də elan olunacaq.
Qeyd edək ki, Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı jurnalistlər arasında keçirilən yazı müsabiqəsində iştirak edən Modern.az saytının əməkdaşı Gültək Ələsgər həvəsləndirici mükafata layiq görülüb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO