“Jurnalistika özəl universitetlərdə bərpa oluna bilər “

Özəl ali təhsil ocaqlarında Jurnalistika ixtisası bərpa oluna bilər. Bunun üçün maddi-texniki baza və kadr potensialının olması lazımdır. Modern.az xəbər verir ki, bu haqda Təhsil Nazirliyinin saytında qeyd edilib. Bildirilir ki, gələcəkdə hər hansı ali təhsil müəssisəsində “Jurnalistika” ixtisası üzrə müasir tələblərə cavab verən maddi-texniki baza və kadr potensialı yaradıldığı halda bu ixtisas üzrə tələbə qəbulu bərpa oluna bilər.

Qeyd edək ki, keçən il özəl ali təhsil müəssisələrinin “Jurnalistika” ixtisasına qəbul dayandırılmışdı. O zaman təhsil naziri olan Misir Mərdanov bunu həmin təhsil müəssisələrində jurnalist hazırlığının qənaətbəxş olmaması ilə əlaqələndirmişdi.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO