Jurnalist-polis münasibətlərinə dair layihə üzrə müsabiqə qalibləri mükafatlandırıldı

“Jurnalistlər Ekstremal Şəraitdə” (JES) İctimai Birliyi cümə axşamı Qadın Hüquqlarını Müdafiə Cəmiyyətində polis-jurnalist münasibətlərinə dair layihənin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Layihə 2007-ci ildən icra olunur. JES sədri Firuzə Əsədullayeva bu layihənin icrasını polislərlə jurnalistlər arasında ilk dialoqlardan biri kimi dəyərləndirib. Belə dialoqlar hər iki tərəf arasında münasibətlərin normallaşmasına, qarşılıqlı əməkdaşlığa “körpü” adlandırılıb. Həm də belə qarşılıqlı layihələrin işlənməsinin nəticə etibarilə tərəflərin bir-birinə etimadının artmasına səbəb olacağı vurğulanıb. Bu layihələrin maarifləndirici xarakterli olmasının tərəflərin proseslərə münasibətində pozitiv məqamların artmasına yardımçı olacağı vurğulanıb.

Daxili İşlər Nazirliyinin əməkdaşı Orxan Mənsurzadə polislə jurnalistlər arasında münaqişə olmadığını, sadəcə, ekstremal şəraitdə qarşılıqlı anlaşılmazlıqların baş verdiyini deyib. O, tədricən bu anlaşılmazlığın aradan qaldırıldığını iddia edib. Həm də tərəflər arasında normal münasibətlərin yaranmasında qarşılıqlı əməkdaşlığı nəzərdə tutan belə layihələrin xüsusi rolu olduğu deyilib. Belə layihələrin icrasına bundan sonra da ehtiyac olduğu bildirilib.

ATƏT-in siyasi-hərbi şöbə rəisi Con Makqreqor polisin və jurnalistin öz vəzifələri olduğunu deməklə birgə qarşılıqlı əməkdaşlıq zamanı tərəflərin bir-birinə yardımçı olduqlarını vurğulayıb. ATƏT-in layihəsi belə əməkdaşlığa imkan verən fürsətlərdən biri kimi dəyərləndirilib. Təmas olmadıqda tərəflərin bir-birini anlamaqda çətinlik çəkmədiyi vurğulanıb və ATƏT-in belə layihələrin icrasında bundan sonra da maraqlı olacağı deyilib.

Tədbirin sonunda polis və jurnalist münasibətləri üzrə müsabiqədə qalib gələn jurnalistlər mükafatlandırılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO