Ramin Dekoya hücum edənlərin kimliyi bilinmir
Dünən axşam saatlarında “Azadlıq” qəzetinin müxbiri Ramin Dekonun döyülməsi xəbəri yayıldı. Jurnalistin Azadlıq radiosuna verdiyi məlumata görə, redaksiyadan evə gedərkən Milli Elmlər Akademiyasının yanında qaranlıqda iki nəfərin hücumuna məruz qalıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan müxbir onların əlindən qaça bilib. Jurnalisti döyənlərin kimliyi bilinmir.
Müxbirin dediyinə görə, onu döyərkən müxalifət partiyalarının aksiyalarında iştirak etməməsini və ağıllı olmağı «məsləhət» görüblər.
Simsar.az