İTV-nin yeni departament rəhbəri kimdi?

İctimai Televiziya və Radio Yayımları Şurasının bu həftə keçirilmiş toplantısında bir sıra kadr dəyişiklikləri gerçəkləşdi. Bu dəyişiklik nəticəsində İnformasiya Proqramları Departamentinin direktoru vəzifəsinə 2005-ci ildən İctimai Televiziya və Radioda bir sıra analitik proqramların müəllifi və aparıcısı kimi fəaliyyət göstərmiş Mehparə Quliyeva təyin edilib.

Modern.az-ın məlumatına görə, M.Quliyeva Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1994-cü ildən müxtəlif mətbuat orqanlarında redaktor, baş redaktor, Azərbaycan Dövlət Neft Şirkətində icraya nəzarət departamentinin direktoru vəzifələrində çalışıb.
O, bir müddət “Etimad” qəzetində baş redaktorun müavini işləyib. “Etimad” qəzetinin baş redaktoru Mehparə Quliyevanın həyat yoldaşı Etibar Mansuroğludur.
Daha sonra İctimai Televiziya və Radio Yayımları şirkətində böyük redaktor və aparıcı vəzifələrində işləyib, bir sıra analitik verilişlərin müəllifi və aparıcısı olub. AMEA-nın İqtisadiyyat İnstitutunun «Azərbaycanın neft sənayesinin inkişafında xarici investisiyaların rolu» adlı iqtisadiyyat üzrə fəlsəfə doktoru dissertasiyasının müəllifidir.
Yeri gəlmişkən, Mehparə Quliyevanın atası Asif Quliyev də əvəllər “Həqiqət” adlı qəzet buraxırdı.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO