İnterAz-ın “7–ci Gün” proqramında maraqlı müzakirələr aparılacaq

İnterAz televiziyasının “7–ci Gün” Analitik İnformasiya proqramının növbəti buraxılışında Dağlıq Qarabağ münaqişəsinin həlli, gələn ay nəzərdə tutulan Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə bağlı müzakirələr aparılacaq.

SalamNews xəbər verir ki, söhbət zamanı Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması, “Şahdəniz-2” layihəsi və Davos Forumu ilə bağlı məsələlərə toxunulacaq. Eyni zamanda yola saldığımız həftənin ən mühüm hadisələrinə, ölkə başçısı İlham Əliyevin Gəncə şəhərinə səfərinə yer veriləcək.

Verilişin qonağı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə olacaq.

Xatırladaq ki, veriliş hər bazar günü saat 21:00-da efirə gedir.

– See more at: http://salamnews.org/az/news/read/111779#sthash.zzGn8160.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO