İmişlidə regional konfrans keçirilib

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə İmişli rayonunda “Yerli icra orqanları ilə KİV arasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda regional konfrans keçirilib.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, konfransda Mərkəzi Aran bölgəsinə daxil olan rayonlarda mövcud olan yerli KİV-lərin təmsilçiləri, respublika yayımlı KİV-lərin bölgə üzrə yerli təmsilçiləri, bölgənin sosial media fəalları, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, KİVDF və İmişli RİH başçısı, həmçinin rayonun digər rəhbər şəxslər iştirak ediblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli çıxış edərək ölkədə azad media mühitinin formalaşdırılması yönündə həyata keçirilən tədbirlərdən danışıblar. Dövlət başçısının bu sahəyə göstərdiyi qayğı xüsusi olaraq vurğulanıb.

Digər natiqlər Azərbaycanda azad media məkanının inkişaf etdirilməsi üçün həyata keçirilən dövlət proqramlarından, həmçinin, medianın mövcud durumundan danışıblar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO