I Milli Kitab Mükafatı

Azərbaycanda keçirilən I Milli Kitab Mükafatının (MKM) qalibinin adı mayın 23-də açıqlanacaq. Bu barədə MKM-nın mətbuat xidmətindən məlumat verilib. Mayın 1-nə nəzərdə tutulan bu tədbir, münsiflər heyətinin hələ də bir qərara gəlməməsi səbəbindən uzadılıb. Hazırda mükafatın ilk onluğuna düşmüş yazıçıların əsərləri çapa hazırlanır. İlk kitab isə bu həftə çap olunacaq. Mayın 23-də isə artıq mükafatın I, II və III yer sahibi məlum olacaq.
Qeyd edək ki, “Top-10″da Şərif Ağayar, Əlabbas Bağırov, Nəriman Əbdülrəhmanlı, Samit Əliyev, Eyvaz Əlləzoğlu, Elxan Qaraqan, Kamran Nəzirli, Əjdər Ol, Rafiq Tağı və Fəxri Uğurlunun əsərləri yer alıb. Müsabiqəyə ümumilikdə 265 əsər təqdim olunub. Onlardan 205-i Azərbaycan, 60-i rus dilindədir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO