“Gülüstan”da inşa yazı müsabiqəsi qalibləri mükafatlandırılıb

Modern.az xəbər verir ki, bu gün Gülüstan Sarayında Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə baş nazirin müavinləri Əli Əhmədov və Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, TQDK sədri Məleykə Abbaszadə, habelə digər rəsmi şəxslər iştirak edib. 

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov H. Əliyevin təhsilə göstərdiyi xidmətlərdən danışıb. Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO