Naxçıvan Dövlət Universitetinin “Fikir” informasiya bülleteninin 2010-cu il üçün birinci sayı işıq üzü görüb. Bu barədə Universitetin mətbuat xidmətindən məlumat verilib.
Bülleteninin bu sayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Naxçıvan Dövlət Universitetinin fəxri doktoru seçilməsi, “e-Naxçıvan” layihəsinin nəticələri, İngiltərənin Azərbaycandakı səfirinin Naxçıvan Dövlət Universitetinə gəlməsi barədə məlumatlar yer alıb.
Qeyd edək ki, nəşrin baş redaktoru Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylidir.