Ev problemi ilə üzləşən yazıçılara şad xəbər: “ƏDV ödənilməyəcək”

“Yazıçılara verilən evlərlə əlaqədar Vergilər Nazirliyinə müraciət etdik. Müraciətdə əlavə dəyər vergisinin (ƏDV) ödənilməməsi vurğulanıb. Vergilər Nazirliyindən aldığımız cavab qənaətbəxş oldu”. Bunu Modern.az-a açıqlamasında Yazıçılar Birliyi sədrinin müşaviri, Mənzil Komissiyasını rəhbəri Rauf Aslanov bildirib.

R. Aslanov vurğulayıb ki, bütün vergi məsələləri “Abidə” MTK tikinti şirkəti tərəfindən ödənilib. Bundan sonra tikinti şirkətinin rəhbərinin işi daha da yüngülləşib. “Bizdə də əminlik yarandı ki, evlərin satqısında heç bir problem yaşanmayacaq. Hətta vergi məsələsi də həll olunub. Evlər asanlıqla satılan adamın adına keçiriləcək. Mən də bu məktubu MTK sədrinə yolladım. O da sabah problemsiz onu alan adamın adına keçirə bilsin”.
Xatırladaq ki, “Abidə” MTK-ın Bakıda inşa etdiyi binada prezidentin sərəncamına əsasən 9 mənzil Yazıçılar Birliyinə bağışlanıb. Ümumi razılaşmadan sonra hər mənzil 4 yazar arasında bölüşdürülərək (36 yazar) satılmalı və əldə olunan gəlir bərabər bölüşdürülməli idi. Məlumat üçün deyək ki, artıq həmin 36 yazardan 4-ü dünyasını dəyişib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO