Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin sessiyasında iştirak edəcək.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin sessiyasında iştirak edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov İƏT xarici işlər nazirlərinin 27-28 may tarixlərində əl-Küveyt şəhərində keçiriləcək 42-ci sessiyasında iştirak etmək üçün Küveytə yola düşüb.

Nazirin sessiya çərçivəsində çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO