Dörd jurnalist təşkilatı prezidentin komissiyasından çıxdı

4 jurnalist təşkilatı Ukrayna prezidenti yanındakı müəssisələrarası işçi qrupundan çıxdığını bəyan edib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bunlar Ukrayna jurnalistləri milli ittifaqı, “Telekritika”, Kütləvi İnformasiya Vasitələri İnstitutu və Ukrayna Dövrü Mətbuat Nəşrləri Assosiasiyasıdır. Jurnalistlər bəyan ediblər ki, hakimiyyətlə yalnız KİV nümayəndələrinə qarşı cinayət törədənlər cəzalandırılandan sonra hökumətlə dialoqu bərpa edəcəklər.

Məlum olduğu ki, Kiyevdə keçirilən etiraz aksiyaları zamanı onlarla jurnalist xəsarət alıb.
“Berkut” xüsusi təyinatlılar hətta jurnalist vəsiqələrini təqdim edənlər qarşı da zor tətbiq etməkdən çəkinməyiblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO