Deputat ön cəbhədə kitabının təqdimatını edib

Modern.az xəbər verir ki, ön cəbhədə əsgərlərlə görüşən  Qənirə Paşayevanın  “Dünyanı dəyişən alimlər” kitabının təqdimatı və imzalanması olub.

Əsgər və hərbçilər adından millət vəkili Qənirə Paşayeva təşəkkürünü bildirən hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov bu tədbiri əsgər və hərbiçilərin unutmayacağını deyərək müəllifin  imzası ilə verilən hədiyyə kitablarının onlar üçün çox dəyərli olacağını deyib: “3-cü dəfədir ki millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu müxtəlif kitabların hərbi hissədə təqdimatının və imzalanmasının keçirilir. Bu kitablar əsgər və hərbçilərimiz üçüm çox dəyərlidir və onlar Qənirə xanımın kitablarının maraqla oxuyurlar”-deyə hərbi hisənin rəhbəri bildirib. Ön cəbhədə əsgər və hərbiçilərimiz üçün müəllifi olduğu kitabın imzalanma mərasiminin təşkili üçün Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu tədbirin, kitablarının təqdimatı və imzalanma tədbirlərinin hamısından onun üçün daha böyük məna daşıdığını deyib.

Millət vəkili əsgər və hərbçilərə bu kitab haqqında da məlumat verib: “Dünyanı dəyişən alimlər” adlı kitabının nəşr edilməsində məqsəd  gənclərin elmə daha da meyillənməsinə dəstək verməkdir. Ölkəmizin möhkəmliyi üçün də gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan,  öyrənməkdən keçir! Bu kitabda dünya, elm və inkişaf tarixinə adını qızıl hərflərlə yazmış azərbaycanlı bir neçə alimin də həyat yolu, düşüncələri, dünyaya və insanlığa verdiyi töhfələr öz əksini tapır. Ümid edirəm ki, kitab xoşunuza gələcək”.

Daha sonra əsgər və hərbiçilərlə kitab oxumağa meyilliyin artmasının vacibliyi barədə fikir mübadiləsi də aparılıb. Millət vəkili imzaladığı kitabları onlara hədiyyə edərək,  bu günün yadda qalan günlərdən biri olacağını bilidirib. 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO