Çingiz Abdullayevə daha bir vəzifə verildi

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fonduna rəhbərlik Azərbaycana keçdi. Trend-in məlumatına görə, Fondun yeni prezidenti Çingiz Abdullayev olub.

Strukturda rəhbər dəyişikliyi bu gün Fondun Baş Assambleyası və Direktorlar Şurasının 14-cü iclasında baş tutub. Fondun rəhbərliyi rotasiya üzrə Türkiyədən Azərbaycana keçib.

Fond 2009-cu il martın 4-də Buxarestdə Azərbaycan və Rumıniya prezidentləri İlham Əliyev və Trayan Beseskunun təşəbbüsü ilə yaradılmış qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO