Bu ilin sonunadək internet-media ilə bağlı tədbirlər təşkil olunacaq

Ötən ilin sentyabrında aparılmış araşdırmaya əsasən, rəyi soruşulanların təqribən 40 faizi informasiya əldə etməyin mənbəyi qismində internetin adını çəkiblər. Eyni sayda respondent televiziyanın əsas informasiya mənbəyi olduğunu düşünür. 13 faiz yazılı mətbuatdan, 7 faizi isə radio vasitəsi ilə informasiya əldə edir.

SalamNews-un məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O deyib ki, Azərbaycanda təqribən 300 internet informasiya resursu fəaliyyət göstərir. Təkcə 2013-cü ildə Azərbaycanın internet seqmentində 70-ə yaxın internet informasiya portalı yaranıb. Məlum olduğu kimi, 2014-cü ili “İnformasiya ili” elan edilib. 2014-cü ilin sonunadək internet-media ilə bağlı xeyli sayda tədbirlər təşkil olunacaq, internet resurslarının monitorinqi aparılacaq və məlumatlar müntəzəm olaraq ictimaiyyətə təqdim ediləcək. İnternet portallarının sayının artması hazırda bir çox KİV-in ənənəvi kağız daşıyıcılardan internetə miqrasiya etməsi ilə bağlıdır və hazırda 10-dan çox informasiya portalı Mətbuat Şurasının üzvüdür. Mətbuat Şurasına daha 30 elektron KİV-lərdən müraciət daxil olub.

– See more at: http://salamnews.org/az/news/read/114852#sthash.mJzlQQLX.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO