Blogger “Lider” TV-ni məhkəməyə verir

Blogger “Lider” TV-ni məhkəməyə verirModern.az xəbər verir ki, blogger Etibar Salmanlı “Lider” televiziyasını məhkəməyə verir. “Lider” telekanalı “NİDA” hərəkatı ilə bağlı süjet hazırlayıb. Süjetdə Etibar Salmanlının adı “NİDA”nın fəal üzvi kimi təqdim olunur. Lakin, E. Salmanlı qeyd edib ki, “NİDA”dan bir ildən çoxdur uzaqlaşıb və onun adının burada, belə hallanması düzgün deyil. Buna görə blogger “Lider” telekanalını məhkəməyə vermək niyyətindədir.

E. Salmanlı Modern.az-a açıqlamasında bildirib ki, o hələlik bu məsələ ilə bağlı mətbuata nəsə demək istəmir.

Media eksperti Ələsgər Məmmədli bildirib ki, “KİV haqqında” Qanunun tələblərinə görə kütləvi informasiya vasitəsi heç kəsin şərəf və ləyaqətini ləkələyici, yalan məlumat verməməlidir. “Təbii Etibar Salmanlı hesab edir ki, “NİDA”dan ayrıldığı halda onu orada göstərmək, adının guya hansısa xarici qurumun Azərbaycandakı qanunsuzluqlarına vasitə kimi istifadə olunması ilə onun əslində nüfuzuna, şərəf və ləyaqətinə yalandan zərbə vurulub. “KİV haqqında” Qanunun tələblərinə görə kütləvi informasiya vasitəsi heç kəsin şərəf və ləyaqətini ləkələyici, yalan məlumat verməməlidir. Bu aspektdən baxdıqda orada yalan var. Çünki Etibar Salmanlı “NİDA”dan bir ildən çoxdur ayrılıb. İkinci yalan adının vasitəçi kimi istifadə olunmasıdır ki, belə bir şey yoxdur. Bu ləkələyici məlumatdır. Buna görə həmin şəxsin hüququ var ki, “KİV haqqında” Qanunun müddəaları pozulduğu, şərəf və ləyaqətinə toxunana, nüfuzuna zərər gətirən məlumatlar yalandan yayıldığı üçün mülki qaydada məhkəmə qarşısında məsuliyyət məsələsini qaldırsın və kompensasiya tələb etsin. Eyni zamanda həmin materialların təkzibini tələb etsin”.

Bundan əlavə, Ə. Məmmədli hesab edir ki. həmin şəxs Milli Teleradio Şurasına müraciət etməlidir. ““Teleradio Yayımı haqqında” Qanunun tətbiqinə Milli Teleradio Şurası nəzarət edir. Və əgər həmin KİV tərəfindən yalan, ləkələyici məlumat yayıldığı qəbul olunubsa o zaman ona inzibati qaydada məsuliyyət tələb edə bilər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO