“Binəqədi” qəzeti 12 illik fasilədən sonra nəşrini bərpa etdi

Binəqədi Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Binəqədi” qəzeti 12 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Bu barədə Modern.az-a qəzetin baş redaktoru Rüfət Mərdanov məlumat verib.

Baş redaktor bildirib ki, qəzet ilk vaxtlar ayda iki dəfə nəşr olunacaq. Lakin gələcəkdə nəşrin dövrülüyü artırılacaq, Binəqədi rayonunun həyatında, bütövlükdə respublikada, eləcə də dünyada baş verən yenilikləri operativ şəkildə çatdırmaq üçün həftəlik çap olunacaq. Qəzet ilkin olaraq 2 min tirajla çap olunacaq.

”Binəqədi” qəzeti rayonda baş verən bütün dəyişiklikləri oxuculara çatdırmaqda güzgü rolunu oynamaqla yanaşı, ümumilikdə dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin, vətəndaş münasibətlərinin formalaşmasında körpü rolunu oynamaq missiyasını yerinə yetirməyə calışacaq”-deyə baş redaktor bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO