Bakıda “Azərbaycanın və dünya ölkələrinin kənd təsərrüfatı” kitabının təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

SalamNews xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları foyedə ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Nazir İsmət Abasov vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətləri özünü hələ sovet dövründə göstərib. Ötən əsrin 70-ci illərində təkcə bol nefti və pambığı ilə deyil, soyuducuları və kondisionerləri ilə də tanınan Azərbaycan əsrin sonunda Heydər Əliyevin sayəsində ən irimiqyaslı iqtisadi layihələrin təşəbbüsçüsü və iştirakçısına çevrilib.

Tədbirdə müəllifi nazir İsmət Abasov olan ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi “Azərbaycanın və dünya ölkələrinin kənd təsərrüfatı” kitabının təqdimatı olub.

Kitabda ulu öndər Heydər Əliyevin Azərbaycanın kənd təsərrüfatı sahəsində apardığı islahatlardan, Prezident İlham Əliyevin həmin yolu ləyaqətlə davam etdirməsindən, ərzaq təhlükəsizliyindən, ölkəmizin aqrar sahədə beynəlxalq əməkdaşlıq məsələlərindən, 50-dək xarici ölkənin kənd təsərrüfatının ümumi xarakteristikasından, respublikanın kənd təsərrüfatına aid dövlət proqramlarından bəhs olunur.

“Şərq-Qərb” nəşriyyat evində çap olunan, 6 fəsildən ibarət olan kitab aqrar sahə mütəxəssisləri, tələbələr və elmi-tədqiqat işçiləri, eyni zamanda bu sahə ilə maraqlananlar üçün faydalı olacaq.
– See more at: http://az.salamnews.org/az/news/read/73440/bakida-ldquoazerbaycanin-ve-duumlnya-oumllkelerinin-kend-teserruumlfatirdquo-kitabinin-teqdimati-olub/#sthash.UucF5Mdq.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO