Bu günlərdə “Qanun nəşrlər evi”ndə şair Rafiq Həsənin yeni kitabı – “İlafa” işıq üzü görüb. Müəllifin bu kitabı Allahın ilk olaraq Cahana göndərdiyi dil haqqındadır. Bu dil – Türk dilidir. Türk dili təkcə ünsiyyət vasitəsi deyil, o Allahın bütün həqiqətlərinin ən etibarlı saxlanc yeridir. Kitabın mövzusu və predmeti SÖZ və dilimizdəki sözlərin (ilkin olaraq türk dilində yaranmış, sonra başqa xalqların dilinə keçmiş sözlər də daxil olmaqla) mənasının səslərə görə açılmasıdır.. “İlafa” sözü türk sözü olub, “Müqəddəs gizli saf enerji” deməkdir ki, bu ad Müqəddəs ruhun enerjisidir.
“İlafa”nın ön sözünün müəllifi, tanınmış hüquqşünas Adil Minbaşıdır.
Kitabda qədim sözlərin açılması ilə yanaşı olaraq, müasir dövrümüzdəki şəhər, kənd və qəsəbə adlarının da mənaları əksini tapmışdır.
Daha maraqlı məqamlar Allah və Tanrı sözlərinin açılışı, daha doğrusu yaranışı ilə bağlı müəllifin irəli sürdüyü izahlardır. Rafiq Həsən fikrini belə arqumentləşdirir ki, Allah sözü “Al”, “lah” və “ah” səslərindən yaranıb. Mənası “görünməz nur, bilinməz zaman” deməkdir. Tanrı sözü isə “ta”, “an” və “rı” səslərindən yaranıb. Mənası “qədim, ulu məkanın bakirəsi” deməkdir.
Kitabda müxtəlif dillərdə işlənən yüzlərlə sözün yaranması və mənaları barədə də məlumatlar yer alıb.