AzTV-də kadr dəyişikliyi oldu?

AzNews.az-a daxil olan xəbərdə bildirilir ki, qurumun Kadrlar Departamentinin rəisi vəzifəsindən azad olunub və həmin vəzifəyə indiyədək Milli Təhlükəsizlik Nazirliyində çalışmış şəxs gətirilib.

AzNews.az Azərbaycan Televiziya və Radio Yayımları QSC ilə əlaqə saxlayaraq həmin şəxsin kimliyini öyrənməyə çalışıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Xatirə Qasım bildirib ki, Azərbaycan Televiziya və Radio Yayımları QSC daxili təyinatlarla bağlı məlumat vermir:

“Lakin deyə bilərəm ki, Kadrlar Departamentinin rəhbərliyinə MTN-dən kadr gətirilməsi barədə deyilənlər yalandır. Hazırda Departamentə 1988-ci ildən AzTV-də çalışan və indiyədək Kadrlar Departamentinin rəis müavini işləyən şəxs rəhbərlik edir”.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO