Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Avrasiya Əməkdaşlıq Fondu ilə birlikdə “Yeni Media vasitəsilə İcma Gəncləri: Sülh Quruculuğu Proqramı” çərçivəsində “Azərbaycanda Yeni Media: Reallıq və Perspektivləri” mövzusunda üçüncü dəyirmi masa keçirilib. “Hilton” otelində baş tutan tədbirdə ölkəmizdə yeni medianın inkişafı, ənənəvi və vətəndaş jurnalistikası, məlumatların yayılmasında sosial şəbəkələrin rolu ilə bağlı fikirlər səslənib. Media eksperti İlhamiyyə Rzayevanın moderatorluğuyla keçirilən dəyirmi masada Müharibə və sülh araşdırmaları instutunun Azərbaycan nümayəndəliyinin rəhbəri, müstəqil jurnalist Şahin Rzayev ölkəmizdə bloggerlik sahəsinin digər ölkələrlə müqayisədə zəif inkişafından danışıb.
Tədbir Gənclər Təşkilatı Milli Şurasının mətbuat katibi Orxan Əliyev, jurnalist Asəf Quliyev, politoloq Zərdüşt Əlizadə və digər istirakçıların müzakirələri ilə davam etdirilib.