Azərbaycan Yazıçılar Birliyinə yeni üzvlərin qəbulu dayandırılıb

Azərbaycan Yazıçılar Birliyinə yeni üzvlərin qəbulu dayandırılıbAzərbaycan Yazıçılar Birliyinə (AYB) yeni üzvlərin qəbulu dayandırılıb. Bu barədə APA-ya AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu deyib. Onun sözlərinə görə, birliyə yeni üzvlər ancaq ekspertlərin rəyindən sonra qəbul olunur: “Bu il Birliyə cəmi 15-dək üzv qəbul olunub. Onlar da əvvəlki illərdən sənəd verən 400-500 nəfərin içindən seçilib. Yeni üzvlərin qəbul edilməməsinin digər səbəbi isə qurultay öncəsi olması və birlik üzvlərinin üzvlük vəsiqələrinin dəyişdirilməsidir”.

Ə.Əsgəroğlu deyib ki, birliyin üzvlük vəsiqələri standartlara cavab vermədiyindən dəyişdirilir: “Elə üzvlük vəsiqəsi istəyirik ki, üzvlərimiz müəyyən tədbirlərə gedəndə onu boyunlarından asa bilsinlər”.

Qeyd edək ki, hazırda AYB-nin 1650 üzvü var. Onlardan 350-si fəxri üzvdür.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO