Azərbaycan jurnalistlərinin Türkiyəyə səfəri başlayır

Ölkəmizin bölgə mətbuatı təmsilçiləri Türkiyəyə səfəri başlayır. Bu münasibətlə Azərbaycan Mətbuat Şurasında mərasim keçirilib.
Toplantını açan MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, qardaş ölkənin Ankara, Konya və İstanbul şəhərlərinə səfər gerçəkləşdirəcək nümayəndə heyətinin üzvləri oradakı media vasitələrinə baş çəkmək, təcrübə mübadiləsi aparmaq imkanı əldə edəcəklər. Səfərin təşkilatçılarının Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Mətbuat Şurasının olduğunu deyən sədr müavini diqqəti xoş məramın hər iki qurumun birgə hazırladıqları «Təcrübə mübadiləsi proqramı» çərçivəsində reallaşdığına yönəldib. O, Azərbaycanın bölgə mətbuatının da dünya media məkanına inteqrasiyasının vacibliyini önə çəkərək səfərin mövcud mənada xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Səfərin təşəbbüskarlarından olan Türkiyənin Qəzetəcilər və Yazarlar Vəqfinin ölkəmiz üzrə koordinatoru Mustafa Saatcı bildirib ki, belə bir aksiyanın gerçəkləşdirilməsi Azərbaycanın media təmsilçiləri ilə Türkiyənin jurnalistləri arasında əməkdaşlığın daha da möhkəmlənməsində, onların ümimi mənafelərin ifadəsi istiqamətindəki həmrəyliyinin güclənməsində mühüm rol oynayacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO