“Azadlıq” qəzeti oxucularından maddi kömək istəyir

Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun iddiası əsasında çıxarılmış 30 min manatlıq cərimə qərarının icraya yönəldilməsi, bank hesabına qoyulan həbs “Azadlıq” qəzetini çıxılmaz vəziyyətə salıb.

Bu barədə SalamNews-a qəzetin redaksiyasından məlumat verilib.

Bildirilib ki, məbləğ qəzetin fəaliyyətini dayandıracaq qədər böyük olduğundan “Azadlıq” növbəti dəfə həyəcan təbili çalır. Hər zaman olduğu kimi, bu dəfə də azad sözün dəyərini bilənlərə, demokratik cəmiyyətin mövcudluğunu azad mətbuatsız təsəvvür etməyənlərə müraciət göndəririk. Belə ki, qəzetə bir neçə yolla dəstək olmaq mümkündür. Qəzetin abunə kampaniyasına qoşulmaqla və bacardıqları qədər maddi yardım göstərməklə “Azadlıq” qəzetini böhrandan çıxarmaq istəyənlər üçün bank hesabı da açılıb.

Beynəlxalq Bankın Yasamal Rayon Filialı kod 805142SWIFT: IBAZAZ2X

Əmirov Faiq Səmidxan oğlu: 33882018403146388216

Xatırladaq ki, məsələ beynəlxalq ictimaiyyətin də diqqətindədir. “Azadlıq”ı cərimələr yolu ilə çökdürmək niyyəti Dövlət Departamentinin son hesabatında da yer alıb və bu təşəbbüslər kəskin şəkildə pislənib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO