“Azadlıq ” qəzeti fəaliyyətini dayandıra bilər

“Azadlıq” qəzeti olduqca ağır şəraitdə fəaliyyət göstərir. Ağır məhkəmə cərimələri, reklamın qadağan olunması, ən böyük yayım şəbəkəsi “Qasid”in qəzetin satılmış nüsxələrinin pulunu ödəməməsi vəziyyəti kritik həddə çatdırıb. Bu da qəzetin ən qısa zamanda dayanmasına gətirib çıxara bilər.

SalamNews-un məlumatına görə, bu barədə “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib.

O bildirib ki, atılan bütün addımlar, görülən tədbirlər “Azadlıq” qəzetini susdurmaq üçündür. Biz yerli və beynəlxalq ictimaiyyəti Azərbaycanın ictimai-siyasi həyatının böyük bir fenomeni olan “Azadlıq” qəzetini xilas etməyə çağırırıq. Qasid” firmasının bu günə qədər qəzetə olan borcu 40 min manatdan çoxdur. Ali Məhkəmə Metropolitenin rəisi Tağı Əhmədovun iddiası əsasında “Azadlıq” qəzetinin 30 min manat cərimələnməsi qərarını qüvvədə saxladı. Yaxın bir ay ərzində Ali Məhkəmədə “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası əsasında növbəti 30 min manatlıq məhkəmə qərarının çıxarılacağı şübhə doğurmur.

Xatırldaq ki, “Azadlıq” qəzeti 1989-cu ildə təsis olunub. İlk nömrəsi 1989-cu il dekabrın 24-də çıxıb. İlk baş redaktoru Nəcəf Nəcəfov olub. Qəzet əvvəlcə Azərbaycan Xalq Cəbhəsinin orqanı olub. 1993-cü ildə isə AXC təsisçilikdən imtina edərək, qəzeti kollektivə verib. Bununla da “Azadlıq” müasir Azərbaycan tarixinə həm də ilk müstəqil qəzet kimi düşüb.

– See more at: http://az.salamnews.org/az/news/read/75929/azadliq-qezeti-fealiyyetini-dayandira-biler/#sthash.jC3wilYl.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO