“Azərspace-2 ” telekamunokasiya peyki 30 aydan sonra orbitə buraxlacaq

“Azərspace-2” telekamunokasiya peyki 30 aydan sonra orbitə buraxlacaq.
SalamNews xəbər verir ki, bunu rabitə və informasiya texnalogiyaları naziri Əli Abbasov deyib.
O bildirib ki, “Azərspace-2” telekamunokasiya peykinin orbitə buraxılması ilə bağlı qapalı tender elan olunub. Qapalı olmasına baxmayaraq, dünyanın 10 aparıcı şirkətinə təkliflər göndərilib. Hesab edirəm ki, tender bir neçə ay ərzində bitəcək. Bundan iki ay sonra qalib olan şirkətlə müqavilənin imzalanma prossesinə başlayacağıq. Təxminən avqust ayında imzalanma olacaq. Otuz ay müddətinə orbitə buraxılacaq.

Onun sözlərinə görə, vətəndaşlar rəqəmsal yayıma keçidə maraqlıdırlar. Ona görə də təxminən 25-40 manat arasında olan dekoderləri sakinlər özləri alırlar. Bu prosses sürətlə gedir. Çünki 11 proqram sosial proqram kimi ödənişsiz yayımlanır. Bir neçə şirkət isə kommersiya fəaliyyəti ilə yüzə yaxın yeni kanallar efirə çıxarlıb. Biz bir müddət gözləyəcəyik. Yenidən analiz aparılacaq. Aztəminatlı ailələrə dekoderlərin pulsuz verilməsi ilə bağlı təkliflər hazırlanıb. Ola bilsin ki, belə qərar yaxın vaxtlarda qəbul olunacaq. Bu onunla əlaqədardır ki, hələlik analoq yayımı dayandırmamışıq. Ona görə ki, ucqar yerlərdə dekodersiz kanalları izləmək mümkün olsun.

– See more at: http://salamnews.org/az/news/read/113818#sthash.UBjz82iD.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO