“Azərkosmos” 17 ölkəyə peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib

Birinci rübdə “Azərkosmos” ASC tərəfindən dünyanın 17 ölkəsinə xidmət (peyk telekommunikasiya və optik peyk xidmətləri) ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel sayında deyilir.

Qeyd edilir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 85 faizini təşkil edib.

Mart ayında isə “Azərkosmos” 17 ölkəyə 5,5 milyon dollarlıq xidmət ixrac edib. ASC-nin yanvar-mart aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Birləşmiş Krallıq olub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO