Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərovun 75 illiyi qeyd olunub

Mətbuat Şurasında tanınmış yazıçı, Azərbaycanın ilk poliqrafçı alimi, milli poliqrafiyanın inkişafında müstəsna xidmətləri olmuş Şəddat Cəfərovun 75 illiyinə həsr olunmuş toplantı keçirilib.

AMŞ-dən SalamNews-a verilən məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov ömrünün 55 ilini poliqrafiya sənətinə həsr etmiş böyük istedad sahibi, səmimi və qayğıkeş mütəxəssisin fəaliyyətində müfəssəl danışıb. Ə.Amaşov həmçinin 75 illik yubileyi və Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Ş.Cəfərova rəhbərlik etdiyi qurumun dipolmunu təqdim edib.

Tədbirdə çıxış edənlər Şəddat Cəfərovla bağlı xatirələrini bölüşüblər, onun həyat yolunun spesifik cəhətlərindən söz açıblar.

«Azərbaycan Nəşriyyatı»nın baş direktor müavini Allahverdi Məmmədov Ş.Cəfərovun uzun illər bu qurumdakı fəaliyyətindən danışıb, nəşriyyatın yubiley hədiyyəsini ona təqdim edib.

Mərasimdə Şəddat Cəfərovla bağlı sənədli film də nümayiş olunub.

Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərov “Vətən” nəşriyyatının direktoru, “Əkinçi” mətbuat cəmiyyətinin vitse-prezidenti, “Qızıl qələm” mükafatı laureatıdır.

– See more at: http://salamnews.org/az/news/read/148954#sthash.FdtnsdBI.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO