Azərbaycanın dövlət qurumlarının mətbuat xidməti rəhbərləri Türkiyədə səfərdə olublar

Azərbaycanın dövlət və hökumət qurumlarının mətbuat xidməti rəhbərlərindən ibarət heyət mətbuat xidməti və ictimaiyyətlə əlaqələr sektorunun iş prinsiplərinə dair təcrübə mübadiləsini bölüşməkdən, həmçinin Türkiyə mediasının mətbuat xidmətləri ilə qarşılıqlı fəaliyyəti ilə tanışlıq məqsədilə dost ölkədə olub.

SalamNews xəbər verir ki, səfər Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Türkiyə Nazirlər Kabineti yanında fəaliyyət göstərən Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub. Nümayəndə heyəti Türkiyə KİV işi ilə tanış olub, ölkənin Basın, Yayın və İnformasiyon genel müdiri Murat Karakaya ilə görüşüb. Görüşdə qloballaşan dünyada informasiyanın oynadığı rol ətrafında diskussiyalar aparılıb.

Jurnalistlər Ankarada Türkiyə Böyük Millət Məclisinin komissiya sədri, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Unüvarla görüşüblər, Konyada Mövlanə Universitetinə də baş çəkiblər, «Zaman» qəzetində, «Kanaltürk», «Samanyolu» telekanallarında görüşlər keçiriblər. Görüşlərdə Azərbaycanla Türkiyənin media sahəsindəki əməkdaşlığı məsələlərinə geniş yer verilməklə yanaşı, sözügedən kütləvi informasiya vasitələrinin dövlət qurumları ilə əlaqələrinin müxtəlif istiqamətlərindən söhbət açılıb, oxşar və fərqli məqamların təhlili aparılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO