Azərbaycanda televiziyanın yaranmasından 58 il ötür

“Azteleradio” şirkətinin yaranmasından bu gün 88 il ötür.

SalamNews-un məlumatına görə, Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan televiziyası isə 1956-cı il fevralın 14-də yaradılıb.

Prezident İlham Əliyevin 2005-ci il martın 23-də verdiyi Fərmanla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Hazırda Azərbaycan televiziyasının yaydığı verilişlərə ölkənin ən ucqar yerlərində, həmçinin dünyanın bir çox ölkələrində baxılır. Azərbaycan televiziyasının Türkiyə, Rusiya, Ukrayna, İran, Kanada, Özbəkistan və Qazaxıstanda müxbir məntəqələri fəaliyyət göstərir.

– See more at: http://salamnews.org/az/news/read/114607#sthash.hZzLQn37.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO