Azərbaycanda sərnişindaşımalarının qiyməti aşağı düşüb

Aprel ayında Azərbaycanda sərnişindaşımalarının tarifi mart ayı ilə müqayisədə 0,2 faiz aşağı düşüb.
Bu barədə Trend Azərbaycan Dövlət Statistika Komitəsinin saytında dərc olunmuş məlumata istinadən xəbər verir.
Məlumatda deyilir ki, aprel ayında yükdaşımaları üzrə tariflər mart ayı ilə müqayisədə 1,7 faiz artıb.
MDB ölkələri və başqa xarici istiqamətlər üzrə hava nəqliyyatı ilə sərnişindaşımaları bu dövrdə 1,3 faiz ucuzlaşıb.
Aprel ayında boru xətləri ilə neft və qazın nəqlinin tarifləri müvafiq olaraq 5,5 və 0,1 faiz artıb. Eyni zamanda, aprel ayında MDB ölkələri üzrə dəmiryol nəqliyyatı ilə sərnişindaşımalarında tariflər də 7,6 faiz artıb.
Məlumatda deyilir ki, MDB ölkələri və xarici istiqamətlər üzrə dəniz nəqliyyatı ilə yükdaşımaları aprel ayında 0,2 faiz bahalaşıb.
Avtomobil nəqliyyatında isə yük və sərnişindaşımalarına olan tariflər aprel ayında dəyişməyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO