Azərbaycanda mətbuat azadlığı ilə bağlı məsələlərə dəstək göstərməyə hazırıq

Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Mətbuat Şurasında olub.
Şuradan SalamNews-a verilən xəbərə görə, MŞ sədri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı geniş məlumat verib və bildirib ki, 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri tərəfindən yaradılan Mətbuat Şurası medianın özünütənzimləməsini həyata keçirir, mövcud xüsusda vətəndaşlardan, ayrı-ayrı idarə, müəssisə və təşkilatlardan daxil olan şikayətləri araşdırır, qərar və rəylər çıxarır. Şuranın tədbirləri ictimai qınağa əsaslanır. Qurum I qurultayda qəbul edilmiş «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın pozulması hallarına dair tövsiyələrini verir. Jurnalist hüquqlarının qorunması, söz və mətbuat azadlığının müxtəlif aspektləri ilə bağlı müvafiq orqanlarla əməkdaşlıq edir, müxtəlif tematik tədbirlər reallaşdırır. Ötən on ilin təcrübəsi onu deməyə əsas verir ki, cəmiyyətdə Mətbuat Şurasının missiyası kifayət qədər dərk edilir.

İ.Siddiq təmsil olunduğu ölkənin Azərbaycana hər zaman böyük maraq göstərdiyini, bu baxımdan media fəaliyyətinin xüsusi əhəmiyyt daşıdığını önə çəkən diplomat bildirib ki, Böyük Britaniya Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı məsələlərə dəstək göstərməyə hazırdır.

Görüşdə hər iki ölkənin media qurumları və jurnalistləri arasındakı əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi ifadə olunub. Mövcud istiqamətdəki mümkün fəaliyyət aspektləri nəzərdən keçirilib.

– See more at: http://salamnews.org/az/news/read/111256#sthash.7vf2lmio.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO