Azərbaycanda internatların sayı azaldılır

“Azərbaycanda internat məktəblərinin ümumtəhsil məktəbləri və peşə təhsil məktəblərinə çevrilməsi ilə sayının azaldılması, eləcə də orada qayğı ilə əhatə olunan uşaqlara təqdim edilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, əhatə dairəsinin artırılması nəzərdə tutulur”.
Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.
Nazir bildirib ki, internat məktəblərinin ləğv olunması prosesi de-institutlaşdırma proqramı çərçivəsində həyata keçirilir: “Proses mexaniki şəkildə həyata keçirilmir və bunun məqsədi var. Məqsəd odur ki, mövcud internat təhsil müəssisələrində təhsil alan uşaqlar tədricən bioloji ailələrə verilsin. Yeni tipli münasibət formasına keçirilməklə onların ümumtəhsil məktəblərində tədrisə qatılması və inklüziv təhsillə əhatə edilməsi prosesləri də həyata keçirilir”.
M.Cabbarov bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil prosesinə cəlb edilməsi əlavə resurslar tələb edir. Ona görə də bu prosesin sürəti bu və ya digər faktorlardan da asılıdır.
Nazir xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil prosesinə cəlb edilməsi prosesinin davam etdiriləcəyini də söyləyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO