Azərbaycan və Rusiya XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 24-26-da Moskvaya səfər edəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Rusiya və Azərbaycan XİN rəhbərləri arasında mayın 25-də danışıqlar aparılacaq. Məlumatda qeyd olunur ki, qarşıdakı səfəri Rusiya-Azərbaycan siyasi dialoqunun inkişafının davamı kontekstində nəzərdən keçiririk: “Mayın 25-də aparılacaq danışıqlarda XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, regional və beynəlxalq gündəmin əsas aspektlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər”.

XİN-dən bildiriblər ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olmaqla 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv rol oynayır: “Coğrafi yaxınlıq və xalqlarımızın ümumi tarixi nəzərə alınmaqla bizim üçün münaqişənin həlli birinci dərəcəli önəmə malikdir və ölkənin xarici siyasətinin prioritetlərinə daxildir”.

Məlumatda qeyd olunur ki, Azərbaycan Cənubi Qafqazda və Xəzər regionunda vacib strateji tərəfdaşdır: “Bakı ilə münasibətləri hüququn bərabərliyi, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq əsasında qururuq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO